Rəsul Quliyev üzr istədi

Rəsul Quliyev üzr istədi
  08 Avqust 2014    Oxunub:5480
ABŞ-da mühacirətdə olan keçmiş spiker Rəsul Quliyev sosial şəbəkələrdə paylaşdığı qərəzli fikirlərinə görə üzr istəyib.
AzVision.az-ın məlumatına görə, R.Quliyev bəzi səhvlərini etiraf edib.

“Azərbaycanda ümumi bir bədbaxtlıq var, heç bir şey araşdırmadan fikir söyləmək. Əgər araşdırsanız görərdiniz ki, bizim ölkədə yeganə mən həm səhvlərimi etiraf edirəm, həm də əgər bu səhvlərin başqalarına ziyanı keçibsə üzr istəyirəm.

Mənim dözümsüzlüyüm heç bir əsası olmayan ittihamları irəli sürənlərin özlərindən müştəbehliyidir. İnsanda ən yüksək əxlaqi dəyər və mənəvi dəyər kənardan baxıb səhvlərini görməsidir.
Nəzərinizə çatdırım ki, normal insanlar adətən səhvlərini öz daxilində müzakirə edib, bir daha onları etməməyə çalışırlar”.

R.Quliyev həmçinin facebook səhifəsində ona qarşı çıxan müxalifətçi gəncləri də tənqid edib. O, müxalifət nümayəndələri “başıboş” adlandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti