Benzinin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Şuradan bildiriblər ki, həmin benzin ölkəyə xaricdən idxal olunur və onun qiyməti dövlət tərəfindən tənzimlənmir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasından AzVision.az-a bildiriblər ki, ötən ilin dekabrın 2-də avtomobil benzininin pərakəndə satış qiymətləri Aİ-92 markalı benzin üçün 70 qəpik, Aİ-95 markalı benzin üçün 80 qəpik müəyyən olunub.
Həmçinin Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, "Premium Avro-95" və "Super Avro-98" benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.