Milli Parkda yanğın davam edir

Milli Parkda yanğın davam edir
  04 Avqust 2014    Oxunub:2461
Fövqəladə Hallar Nazirliyi Qəbələdə “Şahdağ” Milli Qoruğunun ərazisində və Xaçmazda Oğuz Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Digər yanğın hadisəsi isə Oğuz rayonu, Xaçmaz kəndində baş verib. Hazırda Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti