İş adamları Düşənbəyə dəvət olundu

İş adamları Düşənbəyə dəvət olundu
  30 İyul 2014    Oxunub:1153
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Tacikistan hökumətinin birgə təşkilatçılığı ilə oktyabrın 27-28-də Düşənbə şəhərində birinci investisiya forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AzərTAc-a verilən məlumata görə, forum iş adamlarının mövcud investisiya imkanları haqqında məlumatlandırılmasına və tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradacaq. Plenar və tematik işçi sessiyalarından ibarət olacaq tədbir çərçivəsində müvafiq sərginin təşkil edilməsi də nəzərdə tutulur.

Dövlət və özəl qurumların nümayəndələrinin dəvət olunduğu forumda iştirak etmək istəyən azərbaycanlı iş adamları və sahibkarlar ( 99412) 598 01 47 nömrəli telefonla əlaqə saxlaya bilərlər


Teqlər:





Xəbər lenti