Təhsilə 118 milyon ayrılıb

Təhsilə 118 milyon ayrılıb
  29 İyul 2014    Oxunub:1161
2014-cü ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-ci ildən təqribən 93 milyon manat ayrılıb.
AzVision.az-ın ARDNF-nin saytına istinadən verdiyi məlumata görə, ARDNF tərəfindən gənclərin xaricdə təhsil almasına ayrılmış vəsaitlərin ümumi həcminin 54 faizi qeyd edilən dövrdə (2008-ci ildən 2014-cü il iyunun sonunadək) tələbələrin ümumi yataqxanalarda və s. qalmasına, 40 faizi təhsil haqqına, 3,3 faizi yol xərclərinə, 1,2 faizi tibbi sığortaya, 1,2 faizi digər xərclərə, 0,3 faizi isə viza və qeydiyyata xərclənib.

2014-cü ilin yanvar-iyun aylarında ARDNF Azərbaycan gənclərinin xaricdə təhsil almasına 5,18 milyon manat ayırıb. İlin I yarısında ayrılmış vəsaitlərin ümumi həcmindən 2,32 milyon manat tələbələrin yerləşməsinə, 2,51 milyon manat təhsil haqqına, 182,46 min manat yol xərclərinə, 69,03 min manat digər xərclərə, 82,31 min manat sığortaya və 20,35 min manat viza və qeydiyyata xərclənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti