Putin İlham Əliyevə təbrik göndərib

   Putin İlham Əliyevə təbrik göndərib
  21 Mart 2025    Oxunub:597
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Prezident   təbrik  





Xəbər lenti