Londonla Moskva arasında diplomatik qalmaqal yaşanır

Nazirliyin yüksək vəzifəli rəsmisi Rusiya diplomatik missiyasının rəhbərinə açıq şəkildə bildirib ki, London Britaniya səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin hədələnməsinə dözməyəcək. Buna görə də rus diplomata və onun həyat yoldaşına qarşı “təcili cavab tədbirləri” görür.
“Rusiyanın bu həftə Britaniya diplomatını və diplomatın həyat yoldaşını ölkədən çıxarması növbəti eskalasiyadır. Rusiyanın ittihamları tamamilə yalandır və Britaniya diplomatlarına qarşı artan təqiblərə haqq qazandırmaq üçün uydurulub. Rusiyanın düşdüyü dərinliyi isə ancaq güc yolu ilə aşmaq olar”, - Böyük Britaniya XİN-i bəyan edib.
Xatırladaq ki, martın 10-da Rusiya mediası Moskvanın Böyük Britaniya diplomatik missiyasının iki nümayəndəsini ölkədən çıxarmaq barədə qərar verdiyini yazıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat əməllərində” , habelə Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat verməkdə günahlandırıb. Akkreditasiyadan məhrum edilən təqsirkarlar iki həftə ərzində Rusiyadan çıxmalıdırlar. London, öz növbəsində, bu ittihamları rədd edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Moskva London qalmaqal