Yasamalda yanğın olub, 9 sakin təxliyə edilib

Yasamalda yanğın olub, 9 sakin təxliyə edilib
  09 Fevral 2025    Oxunub:576
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25 kvadratmetr sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


Teqlər:





Xəbər lenti