Türkiyənin hökumət üzvləri “Azərbaycan” məhəlləsində

   Türkiyənin hökumət üzvləri “Azərbaycan” məhəlləsində
  07 Fevral 2025    Oxunub:423
Türkiyə hökumətinin bir sıra üzvləri Kahramanmaraş şəhərində inşa olunan “Azərbaycan” məhəlləsinə baş çəkiblər.
Əmək və sosial müdafiə naziri Vedat Işıkhan, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən genişmiqyaslı yaşayış layihəsinin inşa işləri ilə tanış olublar. Əmək və sosial müdafiə naziri Vedat Işıkhan zəlzələ nəticəsində 53 mindən çox Türkiyə vətəndaşının həyatını itirdiyini, 107 mindən çox insanın isə yaralandığını xatırladaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır isə öz növbəsində regionun sənaye infrastrukturuna dövlət tərəfindən dəstək göstərilməsinin cari ildə də davam edəcəyini bildirib. Onun sözlərinə görə, fəlakət zonasına daxil olan 65 rayonda investisiyalar təşviq edilir. Daha sonra çıxış edən kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bəyan edib ki, yaxın iki il ərzində zəlzələ bölgəsinin su təchizatı və meliorasiya sistemlərinə 46 milyard lirə vəsait sərf olunacaq. Bu, son iki illə müqayisədə iki dəfə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti