ABŞ Çini COVİD-19-a görə cəzalandırır

 ABŞ Çini COVİD-19-a görə cəzalandırır
  03 Fevral 2025    Oxunub:466
COVID-19 pandemiyası Çinin Uhan şəhərindəki bioloji laboratoriyadan sızma ilə başlayıb və Amerika iqtisadiyyatı üçün 14 trilyon dollar itki ilə nəticələnib.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiq olunmasının səbəblərini izah edən sənəddə belə deyilir.

“On milyonlarla ölümə səbəb olan və ABŞ iqtisadiyyatına ən azı 14 trilyon dollar ziyan vuran COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməkdə israrlı olduğu Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”, - Ağ Evin dərc etidiy bəyanatda vurğulanır.

Kanadalıları “çətin vaxtlara” hazırlayırlar
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sənəddə bildirilir ki, Meksika və Kanadadan idxala 25% tariflər tətbiq olunur. Lakin Kanadadan alınan enerji resurslarına və Çindən gələn bütün mallara qarşı 10% əlavə rüsumlar tətbiq ediləcək.

Bundan əvvəl isə, öz mənbələrinə istinad edən “The New York Times (NYT)” qəzeti ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başlaması versiyasına meylli olduğunu yazmışdı. MKİ bir neçə ildir ki, virusun heyvanlardan insanlara təbii yolla və ya laboratoriya sızması nəticəsində keçdiyini təsdiqləmək üçün kifayət qədər məlumata malik olmadığını açıqlayırdı.

- MKİ-nin mövqeyində dəyişiklik yeni kəşfiyyat məlumatlarının alınmasına deyil, mövcud məlumatların daha dərindən öyrənilməsinə əsaslanır. Bu təhlil ABŞ-nin əvvəlki prezidenti Co Baydenin administrasiyası dövründə başlayıb və onun nəticələri MKİ-nin yeni direktoru Con Retkliffin qərarı ilə ictimaiyyətə açıqlanıb”, - nəştin mənbələri iddia ediblər.

Con Retkliff əvvəllər dəfələrlə COVID-19-un mənşəyini və virusun yayılması ilə bağlı vəziyyəti gizlətdiyinə görə Çinin cəzalandırılmasına çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin  





Xəbər lenti