Jandildə Jakupov: "Azərbaycanın Mediasiya Şurası qısa vaxtda ciddi nailiyyətlər əldə edib"

   Jandildə Jakupov:    "Azərbaycanın Mediasiya Şurası qısa vaxtda ciddi nailiyyətlər əldə edib"
  01 Fevral 2025    Oxunub:431
Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru, Orta Asiya Mediatorlar Konsorsiumunun sədri, Türk Dünyası Mediatorlar Birliyinin vitse - prezident Jandildə Jakupov Azərbaycan səfəri zamanı Azərbaycan Mediasiya Şurası tərəfindən görülən işlərlə və "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblər çərçivəsində görülən işlərlə tanış olub.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikası Prezidenti cənab Kasım-Jomart Tokayevin dost və qardaş münasibətləri hər iki ölkə arasındakı dostluğun, əməkdaşlığın inkişafına böyük töhfə verir: "Bu dostluq Türk Dövlətləri Təşkilatı çərçivəsində mediatorların da üzərinə böyük məsuliyyət qoyur və biz üzərimizə düşən bu məsuliyyəti azərbaycanlı kolleqalarımızla yüksək səviyyədə icra edəcəyik".

Jandildə Jakupov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Mediasiya haqqında" Qanunun mütərəqqi və mediasiyanın inkişafını təşviq edən qanun kimi mediasiya formalaşan ölkələrdə də nümunə kimi qəbul edildiyini qeyd edib.

O, Mediasiya Şurasının və mediasiya təşkilatlarının fəaliyyəti ilə yerində tanış olub, mediatorlarla görüşüb, bir sıra dövlət orqanları tərəfindən qəbul edilib. Qonaq qeyd edib ki, Mediasiya Şurası qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq istər barışıq sazişlərinin artımı sahəsində, istərsə də mediasiya fəaliyyətinin təşviqi və beynəlxalq əməkdaşlıq sahəsində çox ciddi nailiyyətlərə imza atıb.

"Mediasiya Şurasının Azərbaycanın dövlət strukturları ilə sıx və səmərəli əməkdaşlığı nümunəvi bir fəaliyyətdir. Eyni zamanda Bakı Kob evində və Bakı 5 saylı DOST Mərkəzində Mediasiya Şurası üçün mediasiya məkanlarının ödənişsiz şərtlərlə ayrılması mütərəqqi təcrübə olmaqla yanaşı digər dövlətlər üçün də nümunəvi kazusdur. Azərbaycan və Qazaxıstan mediatorlarının səmərəli əməldaşlığında Mediasiya Şurasının böyük rolu var. Artıq bizim real və praktiki həll etdiyimiz kazuslar da mövcuddur. Bu əməkdaşlıqlar hər iki ölkə arasında ixtisaslaşdırılmış birliklər vasitəsi ilə həm də dostluq və əməkdaşlığı da gücləndirir. Bu əməkdaşlıqdan məmnunluq duyuruq və Azərbaycan Mediasiya Şurasının mediasiyanın inkişafı və beynəlxalq əməkdaşlığı sahəsi də daxil olmaqla, bütün sahələrdə fəaliyyətini dəstəkləyirik",- J.Jakupov bildirib.


Teqlər: Mediasiya  





Xəbər lenti