“SpaceX” orbitə 22 mini peyk buraxıb

“SpaceX” orbitə 22 mini peyk buraxıb
  02 Fevral 2025    Oxunub:429
“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq məqsədilə 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.
AzVision.az xəbər verir ki, “SpaceX” bu barədə məlumatı təsdiqləyib.

Raket fevralın 1-də Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyanın Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb və təxminən bir saat sonra orbitə daxil olub.

Bugünədək “SpaceX”, “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb.
Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti