Deputatlardan mediaya: `Jurnalistlərin imici çox yüksəkdir`

Deputatlardan mediaya: `Jurnalistlərin imici çox yüksəkdir`
  22 İyul 2014    Oxunub:1426
22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd edilir.
AzVision.az-ın məlumatına görə, bir çox millət vəkilləri də qələm əhlini bu gün münasibətilə təbrik edib.

Fəaliyyətinə jurnalist kimi başlayan, uzun müddət ANS telekanalının əməkdaşı millət vəkili Qənirə Paşayeva Facebook səhifəsində jurnalistləri təbrik edib:

`Bu gün onların və bizim, hamımızın bayramıdır. Bu gün əziz həmkarlarımın jurnalistlərin bayramıdır. Bu şərəfli peşənin adını uca tutan,onu nüfuzdan salmayan,cəmiyyətdə jurnalstikaya etimadı zədələməyən, daima jurnalistikanın prinsiplərinə sadiq olaraq bu adı ucalara qaldıran bütün jurnalistləri, mətbuat işçilərini Milli Mətbuat günümüz münasibəti ilə təbrik edirəm. 22 iyul 1875 ildə "Əkinçi" qəzeti ilə bu qüruru bizə yaşadan böyük Həsən bəy Zərdabi və mətbuatımızın inkişafı üçün ömrünü fəda etmiş bütün böyük aydınları isə rəhmətlə yad edir və qarşılarında baş əyirik. Əziz həmkarlarım, sizin hamınıza can sağlığı, mutluluq və şərəfli peşənizdə bol uğurlar diləyirəm! Bayramımız mübarək olsun!`

YAP-ın Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadə də media əhlini təbrik edib:

`Bu gün 22 iyul Azərbaycan milli mətbuat günüdür. Tarixi əsryarım bundan əvvəl görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinın "Əkinçi" qəzeti ilə başlayan mətbuat tariximizin şanlı səhifələri vardır. Daima cəmiyyət bir addımlayan ilə başlayan mətbuatımız həmişə onun güzgüsü ola bilmişdir.Tariximizi və inkişafımızı haqlı olaraq mətbuatımızla öyrənmək mümkündür. Elə bir problem yoxdur ki, qələm sahibləri ona münasibət bildirməsinlər. Dəfələrlə hanısasa problemə və onun vacibliyinə məhz mətbuatımız diqqəti yönəldə bilmişdir. Dəfələrlə insanlar məhz mətbuat vasitəsi ilə kimlərisə tanımış, onun fəaliyyətinə onun vasitəsi ilə qiymət vermişlər.
Bu gün ziyalılığın vacib kriteriyalarından biri mətbuatla münasibət olmuşdur. Qələmlə işləmək, fikirlərini məharətlə çatdırmaq ziyalılara verilən tələblərdən birinə çevrilmişdir.Azərbaycan mətbuatı bu gün yüksək operativliyə, məzmun dərinliyinə, həqiqəti axtaran, etimadı doğruldan yüksək imicə malikdir. Burada çox dəyərli və zəhmətkeş insanlar çalışır. Ölkəmizdə jurnalist, mətbuat işçisi imici çox yüksəkdir. Dövlətimizin, prezident cənab İlham Əliyevin göstərdiyi yüksək qayğı nəticəsində o üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirə bilir. Mətbuat işçilərini, dəyərli jurnalist dostlarımı milli mətbuat günü münasibəti ilə təbrik edir, onlara yeni-yeni uğurlar arzu edir, onlarla qürur duyduğumuzu bildirmək istəyirəm`.

Millət vəkili Əli Məsimli:

`Əziz media nümayəndələri!
Milli Mətbuat günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, güclü, demokratik Azərbaycan, azad vətəndaş cəmiyyəti uğrunda çətin və şərəfli fəaliyyətinizdə sizə davamlı uğurlar arzulayıram!`

Nihadə


Teqlər:  





Xəbər lenti