Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək

Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək
  04 Yanvar 2025    Oxunub:706
Almaniya Daxili İşlər Nazirliyi ölkələrinə qayıtmaq istəyən suriyalılara 1200 avro dəstəyin verilməsi üçün işlərə başlandığını açıqlayıb.

AzVision.az xəbər verir ki, statistikaya görə ölkələrindəki vətəndaş müharibəsi səbəbilə Almaniyaya köçmüş 1 milyondan çox suriyalı var.

Almaniya hökuməti qaçqınların ölkələrinə qayıtmasını sürətləndirmək məqsədilə suriyalıların geri qayıtması üçün maliyyə proqramını genişləndirmək qərarına gəlib.

Almaniya Daxili İşlər Nazirliyi məsələ ilə bağlı qəbul edilən qərarla bağlı açıqlama verib.

Nazirliyin açıqlamasına görə Almaniyanı tərk etmək istəyən hər bir şəxsə 200 avro yol xərci və 1000 avro normal həyata geri dönmək üçün olmaqla ümumilikdə 1200 avro dəstək verilə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti