Türkiyə XİN : Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq

      Türkiyə XİN   : Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
  02 Yanvar 2025    Oxunub:840
"Suriya həbsxanaları və düşərgələrində qalan İŞİD terrorçularının vətəndaş olduqları ölkələrə göndərilməsi lazımdır".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məhbusların uzun zamandır cəza alamamaları və gələcəklərinə dair qərarın verilməməsi bölgə üçün təhlükə mənbəyinə çevirilib.

H. Fidan, həmçinin, Türkiyənin Suriya hökumətinə bu həbsxana və düşərgələrin nəzarət altına alınması məsələsində yardım etməyə hazır olduğunu vurğulayıb: “Türkiyə olaraq, həm bu böhranın çözülməsi, həm də Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, həm də Suriyanın milli və ərazi bütövlüyünü, başda kürdlər olmaqla, orada olanların təhlükəsizliyini təmin etmək üçün təkliflərimiz hazırdır”.

Türkiyəli nazir Suriyada başlayan yeni dövrdə Türkiyənin bütün etnik və dini qrupların qoruyucusu olduğunu da əlavə edib. Onun sözlərinə görə, hər hansı tərəfin zülmə məruz qaldığı təqdirdə Ankara lazımi addımlar atacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti