Məşhur şahmatçımızın babası dünyasını dəyişdi

   Məşhur şahmatçımızın babası dünyasını dəyişdi
  04 Yanvar 2025    Oxunub:881
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.
AzVision.az xəbər verir ki, uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında vəfat edib.

1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib və erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların qalibi olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadalarında iştirak edib.

Uzun müddət ictimai işlərdə də çalışan Faiq Rəcəbov 1980-90-cı illərdə AGF prezidenti, 1994-97-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

AzVision.az


Teqlər: Faiq   Teymur   Rəcəbovlar  





Xəbər lenti