Cənubi Koreya müstəntiqləri ölkə prezidentini həbs edə bilməyiblər

Cənubi Koreya müstəntiqləri ölkə prezidentini həbs edə bilməyiblər
  03 Yanvar 2025    Oxunub:810
Cənubi Koreya Prezidenti Yun Sok Yolu həbs etmək üçün onun iqamətgahına gedən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə binanı və dövlət başçısını qoruyan hərbçilər arasında toqquşmalar baş verib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, hərbi qulluqçular iqamətgahın ərazisində prokurorluq əməkdaşlarının qarşısını kəsiblər.

Qarşıdurmanın böyüməsinin qarşısını almaq üçün müstəntiqlər prezidenti həbs etmək cəhdini dayandırıb. Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini ifadə ediblər və Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti