Tramp: “Bunu özüm üçün etmirəm”

      Tramp:    “Bunu özüm üçün etmirəm”
  04 Yanvar 2025    Oxunub:874
ABŞ-nin gələcək prezidenti Donald Tramp ilk prezidentliyi dövründə Dövlət departamentinin sözçüsü olmuş Morqan Ortaqusu özünün Yaxın Şərqdə sülhü üzrə xüsusi nümayəndəsinin müavini təyin edib.
AzVision.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, Tramp, Ortaqusun həmişə onu dəstəkləməməsinə baxmayaraq, bu qərarı verdiyini bildirib.

“Morgan üç il mənimlə döyüşdü, amma ümid edirəm ki, o, dərsini öyrəndi. Respublikaçılar arasında onun güclü dəstəyi var və mən bunu özüm üçün deyil, onlar üçün edirəm. Baxaq, görək nə alınacaq”, - ABŞ-nin yeni seçilmiş prezidenti deyib.

Ortaqusun gələcək dövlət katibi Marko Rubio, senator Lindsi Qrem, Milli Təhlükəsizlik üzrə gələcək müşavir Mayk Uolts və Trampın xüsusi nümayəndəsi Riçard Qrenell də daxil olmaqla Respublikaçılar elitası ilə sıx əlaqələri var.

- Ümid edirəm ki, Ortaqus Stiv üçün (Trampın Yaxın Şərq üzrə xüsusi elçi təyin etdiyi Stiv Vitkoff -red. ) böyük bir lider və istedadlı bir aktiv olacaq, çünki biz çox problemli bölgəyə sülh və firavanlıq gətirməyə çalışırıq. Mən tezliklə çox gözəl nəticələr gözləyirəm”, - Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Morqan Ortaqus ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) kəşfiyyatının zabitidir. Mayk Pompeo dövründə Dövlət departamentində mətbuat katibi vəzifəsində çalışıb və Trampın Abraham Sazişləri komandasının üzvü olub. Əvvəllər o, Xəzinədarlıq departamentində işləyib və 2010-2011-ci illərdə Səudiyyə Ərəbistanında ABŞ-nin Maliyyə nazirliyinin attaşesinin müavini vəzifəsini tutub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ortaqus  





Xəbər lenti