AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə reaksiya

   AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə    reaksiya
  03 Yanvar 2025    Oxunub:654
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti