Tramp Çindən koronavirusa görə təzminat tələb edəcək

Tramp Çindən koronavirusa görə təzminat tələb edəcək
  03 Yanvar 2025    Oxunub:532
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp koronavirusa görə Çindən trilyonlarla dollar təzminat tələb edəcək.
AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü, Krit Universitetinin Aİ institutlarının professoru Notis Marias bildirib.

“Mən güman edirəm ki, Tramp ABŞ və ümumilikdə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi və Rusiya hökumətinin 300 milyard dollardan çox vəsaitinin dondurulması “nailiyyətlərindən” istifadə edərək, indi çəkinmədən Çindən koronavirus səbəbindən dəymiş ziyana görə kompensasiya tələb edəcək. Koronavirusdan", - deyə Marias bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ konqresmenləri koronavirusun laboratoriya mənşəli olduğunu açıqlayıb və Çini günahlandırıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti