Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

      Prezident:    Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb
  31 Dekabr 2024    Oxunub:1091
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

“Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti