Türkiyədə bankomatlardan pul çıxarmaqda çətinliklər yaranıb

   Türkiyədə bankomatlardan pul çıxarmaqda çətinliklər yaranıb
  03 Yanvar 2025    Oxunub:815
Türkiyədə bankomatlardan nağd pul çıxarmaqda çətinliklər yaranıb.
Bu barədə “Milliyet” qəzeti məlumat yayıb. "Bankomatlardan pul çıxarmaq problemi hər gün artır. Çünki bankomatlarda bəzən 10, 20, 50 və hətta 100 lirəlik əskinaslar tükənir. Siz hesabınıza pul yatırmaq istədiyiniz zaman bankomatlar da kiçik əskinazları qəbul etmir. Çıxarma üzrə gündəlik limitin artırılması həm də bankomatlarda pulun qısa müddətdə tükənməsinə gətirib çıxarır”, - nəşr yazıb.

Bankomatlarda nağd pulun olmamasının səbəbi Türkiyədə nağd ödəniş zamanı mağaza sahiblərinin endirimlər etməsi, bankların isə öz növbəsində pul çıxarmada gündəlik limiti artırmaq istəməsi ola bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti