AK-nin Prezidenti səhhətinə görə bütün görüşlərini ləğv edib

AK-nin Prezidenti səhhətinə görə bütün görüşlərini ləğv edib
  04 Yanvar 2025    Oxunub:886
Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen səhhətində yaranmış problemlə bağlı planlaşdırılmış bütün görüşlərini təxirə salıb.
AzVision.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Ursula fon der Lyayen pnevmaniyaya yoluxduğu üçün yanvarın ilk iki həftəsi ərzində görüşlərini ləğv etmək məcburiyyətində qalıb. Həmin tədbirlər arasında Polşanın Avropa Şurasında sədrliyə başlaması ilə əlaqədar Qdanska planlaşdırılan səfər də var.

Onun öz vəzifələrini Hannoverdən həyata keçirdiyi, səhhəti yaxşılaşacağı təqdirdə isə yanvarın ortalarından etibarən Brüsseldəki ofisində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, ilk dəfə 2019-cu il dekabrın 1-dən AK-nin Prezidenti olan 66 yaşlı Ursula Fon der Lyayen bu vəzifəni tutan ilk qadındır.

AzVision.az


Teqlər: AK   xəstəlik   görüşlər  





Xəbər lenti