Gürcüstan nümayişlərdə iştirak etmiş 25 əcnəbini ölkədən çıxarıb

Gürcüstan nümayişlərdə iştirak etmiş 25 əcnəbini ölkədən çıxarıb
  04 Yanvar 2025    Oxunub:847
Gürcüstan hakimiyyəti 2024-cü ilin noyabr-dekabr aylarında hökumət əleyhinə nümayişlərdə və iğtişaşlarda iştirak etmiş 25 əcnəbini deportasiya edib.
AzVision.az Gürcüstan DİN-nin açıqladığı məlumata istinadən xəbər verir ki, həmin əcnəbilərdən 10 nəfər artıq ölkəni tərk edib. Bununla belə, Gürcüstandan çıxarılanların hansı ölkələrin vətəndaşları olduğu bildirilməyib.

Hesabata görə, ötən ilin son iki ayı ərzində 91, bütün il boyu isə Gürcüstan ümumilikdə 430 xarici ölkə vətəndaşını deportasiya edib.

AzVision.az


Teqlər: Gürcüstan   deportasiya  





Xəbər lenti