Öldürülən mülki vətəndaşla bağlı AÇIQLAMA
AzVision. az DİN-nin saytına istinadən xəbər verir ki, iyulun 19-da Tərtər rayonu Aşağı Çaylı kəndinin ərazisində Səhləabad kənd sakini Mübariz Əliyev Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən açılan atəşdən ölüb.
Qeyd edək ki, M. Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib.
AzVision.az