İlham Əliyev yeni zavodun açılışında
AzVision.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə inzibati binada Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.
Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan Prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.
Dövlətimizin başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
AzVision.az