Üç ağır yaralının müalicəsi Aktauda davam edir- VİDEO

Üç ağır yaralının müalicəsi Aktauda davam edir-    VİDEO
  26 Dekabr 2024    Oxunub:581
Qazaxıstanlı həmkarlarımız “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralananlara yüksək səviyyədə tibbi xidmət göstərib, bizim həkimlərlə birgə əməliyyatlar ediblər.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

Nazir müavini bildirib ki, yaralılarda əsasən hündürlükdən düşmə nəticəsində katotravma, müştərək travmalar qeydə alınıb. Ona görə də poliprofil xəstəxanaya - Yeni Klinikaya yerləşdiriləcəklər. Yaralılar xəstəxanaya aparılandan sonra təkrar “Check up” müayinədən keçiriləcək, vəziyyətləri stabildirsə, ambulator müalicəyə buraxılacaqlar. Gətirilənlər arasında orta ağırlıqlı olan yaralılar da var. Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi isə Aktau şəhərində davam edir. Hazırda onların evakuasiyası məqsədəuyğun deyil, vəziyyətləri stabil olandan sonra gətiriləcəklər. Gətirilən azyaşlının da vəziyyəti orta ağırdır. “Check up” müayinədən sonra yaralılar haqqında tam məlumat veriləcək.



AzVision.az





Teqlər:





Xəbər lenti