Təyyarə qəzası: Qəza, yoxsa təxribat?

 Təyyarə qəzası:    Qəza, yoxsa təxribat?
  27 Dekabr 2024    Oxunub:393
"İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda hadisəni “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandıra bilməyəcəyini anladıqdan sonra təyyarəni “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə Bakı-Qroznı təyyarəsinin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulması ehtimalı yüksəkdir:

"İndiki halda Moskva da Tehran kimi təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydılar - “Təyyarə quş sürüsü ilə toqquşub” və “Təyyarəyə Ukrayna dronlarına tuş gəlib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir.

Ona da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb?

2015-ci ildə Rusiyaya bağlı Donbass separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurdular. Moskva bugünə qədər məsuliyyəti boynuna götürməyib. Halbuki, mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə separatçıların vurduğu sübut olunmuşdu. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti