Tərtər sakininin cəsədi ailəsinə təhvil veriləcək

Tərtər sakininin cəsədi ailəsinə təhvil veriləcək
  20 İyul 2014    Oxunub:976
Ötən gün cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşinə tuş gələn Tərtər sakininin cəsədini təmas xəttinə yaxın olan ərazidən götürmək mümkün olub.
AzVision.az “ans press”ə istinadən xəbər verir ki, Mübariz Əliyevin cəsədini təmas xəttində xidmət edən Şuşa polisi ilə birgə Tərtər rayon polis şöbəsinin əməkdaşları təhlükəli ərazidən saat 21 radələrində çıxarıb.

Cəsəd ilkin olaraq Tərtər rayon xəstəxanasının morquna gətirilib. Meyit daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, dünən evdən balıq tutmaq ücün çıxan Tərtər sakinini ermənilər snayperlə vurub. Mübariz Əliyev 2 azyaşlı uşaq atası olub.


Teqlər:  





Xəbər lenti