Sabiq səfir Tiflisdə ölü tapıldı

Sabiq səfir Tiflisdə ölü tapıldı
  16 İyul 2014    Oxunub:1155
Gürcüstanın Rusiyadakı keçmiş səfiri və Gürcüstanın aparıcı “Rustavi 2” televiziyasının sahibi Erosi Kitsmarishvili iyulun 15-də Tbilisidə öz evində ölü tapılıb.
Onun meyiti yanında müstəntiqlər tapanca görüblər.

Cinayət işi açılıb və keçmiş səfirin intihar etdiyi güman olunur.

49 yaşlı Kitsmarishvili 2008-ci ildə Gürcüstanın Rusiyada səfiri olub. 2004-cü ildə Gürcüstanın Ticarət və Sənaye palatasının sədri işləyib.

O, Rustavi 2 televiziyasının yaradıcısı və sahibi idi.


Teqlər:





Xəbər lenti