18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir - FOTOLAR

      18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir    -    FOTOLAR
  18 Oktyabr 2024    Oxunub:1066
18 oktyabr 2024-cü il tarixində Müstəqilliyin Bərpası Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Aparatında tədbir keçirilmişdir.
AzVision.az xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.



Daha sonra dövlətçiliyimizin qorunmasında və gücləndirilməsində Dahi Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Zəfərdə hərbi qulluqçularımızın gücündən və xalqımızın birliyindən danışılıb.



Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət başçısının atdığı uğurlu addımlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə öz mövqeyini gücləndirdiyini, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm uğurlara imza atıldığını, əhalinin ümumi rifah səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi islahatların həyata keçirildiyini, sərhədlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində nailiyyətlər əldə olunduğunu xüsusi vurğulamışdır.



Tədbirdə günün tarixi əhəmiyyətindən danışılmış, suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş ölkəmizin mühafizə və müdafiəsində müstəsna rolu olan sərhədçilərin Vətənə, xalqa və Ali Baş Komandana hər zaman sədaqətlə xidmət etdikləri, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün böyük fədakarlıq göstərdikləri qeyd edilmişdir.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş sənədli filmə baxılmışdır.

AzVision.az



Teqlər:





Xəbər lenti