"Böyük Qayıdış" çərçivəsində keçirilən tibbi müayinələrin sayı açıqlanıb

   "Böyük Qayıdış" çərçivəsində keçirilən tibbi müayinələrin sayı açıqlanıb
  23 Dekabr 2024    Oxunub:462
“Böyük Qayıdış” layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib”.
AzVision.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib:

"2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: TƏBİB  





Xəbər lenti