Qrenlandiya da Trampın hədəfləri siyahısına düşüb

   Qrenlandiya da Trampın hədəfləri siyahısına düşüb
  23 Dekabr 2024    Oxunub:451
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “bütün dünyada milli təhlükəsizlik və azadlığı təmin etmək” üçün ölkəsinin Qrenlandiyaya sahib olmasını “mütləq zərurət” adlandırıb.
AzVision.az xəbər verir ki, Donald Tramp hələ ilk prezidentliyi müddətində ABŞ-lə azad assosiativ münasibətləri olan Puerto-Riko adasının Qrenlandiya ilə dəyişdirilməsini təklif etmişdi. Həmin vaxt Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olan Con Bolton isə öz köməkçisi Fiona Hillə Qrenlandiyanın alınmasını öyrənmək üçün komanda yaratmağı tapşırmışdı.

Yenidən ABŞ-nin prezidenti seçilən Trampın ərazi iddiaalrının coğrafiyası daha da genişlənib. Belə ki, bir müddət əvvəl qonşu Kanada və Meksikanın Vaşinqtonun iqtisadi maraqlarına zidd siyasət apardıqlarını vurğulayan Donald Tramp bu ölkələrin ABŞ-nin ştatlarına çevrilə biləcəklər ilə hədələyib.

Trampdan Panama kanalı ilə bağlı sürpriz açıqlama
Dünən isə, o, ABŞ-nin 1999-cu ildə təhvil verdiyi Panama kanalının geri qaytarılmasını tələb edə biləсəyini açıqlayan Tramp həmin kanalın fonunda Amerika bayrağının fotosunu yerləşdirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Qrenlandiya  





Xəbər lenti