Cari il ərzində TƏBİB-ə müraciətlərin sayı açıqlanıb

Cari il ərzində TƏBİB-ə müraciətlərin sayı açıqlanıb
  23 Dekabr 2024    Oxunub:404
"2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib".
AzVision.az xəbər verir ki, bbu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə isə 20,3 milyon müraciət qeydə alınıb, 63,8 milyon tibbi xidmət göstərilib:
 
"Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb. 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir".
 
V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: TƏBİB  





Xəbər lenti