Şolz əsas rəqiblərinə uduzur

Şolz əsas rəqiblərinə    uduzur
  23 Dekabr 2024    Oxunub:350
Olaf Şolz Almaniya seçkilərində məğlub ola bilər. Almaniya kansleri postuna namizədlərin populyarlıq reytinqini ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel tutub.
AzVision.az xəbər verir ki, İNSA sosiolji mərkəzinin siyasətçilərin reytinqinə dair hesabatı dərc edən “Bild” nəşrinin yazdığına görə, respondentlərin 24%-i kansler postunda Alic Vaydeli görmək istəyir. Populyarlığa görə ikinci yerdə Xristian Demokrat və Xristian Sosial alyansının təmsilçisi Fridrix Mertsdir. Almanların 20%-i ona səs verməyə hazırdır.

Sosial-Demokratların nümayəndəsi və indiki kansler Olaf Şolz respondentlərin hüsn-rəğbət cədvəində yalnız 3-cü yerlə kifayətlənməli olub. Rəyi soruşulanların yalnız 15%-i ona etimad göstərb. Sorğu iştirakçılarının 14%-i isə hesab edir ki, kansler postuna iqtisadiyyat naziri Robert Habek layiqdir.

Amma siyasətçilərə etimad ölkənin müxtəlif bölgələrinə uyğun şəkildə dəyişkən olub. Məsələn, Vaydel və Merts Almaniyanın qərbində hərəyə 22 faiz səs toplayıblar. Ölkənin şərq hissəsində əksəriyyət - 36% Vaydeli dəstəkləyir, Merts isə yalnız seçicilərin 16%-nin səsinə arxalana bilər.

Yeri gəlmişkən, xanım Vaydel Ukraynanın Avropadan, o cümlədən Almaniyadan silahla təchiz olunmasının əleyhinə çıxır. Onun seçki vədləri arasında nüvə enerjisinin bərpası, vergilərin azaldılması və istilik qanununun ləğvi kimi təşəbbüslər var.

Qeyd edək ki, Almaniyada seçkilərə hazırlıq parlamentin buraxılması rəsmi elan olunmamışdan əvvəl başlayıb. Prezident Frank-Valter Ştaynmayer hələ dekabrın 27-də hökuməti buraxmaq və ya davam etdirmək qərarını açıqlayacaq. Parlament buraxılarsa, qarşıdakı 60 gün ərzində növbəti seçkilər keçirilməlidir. İlkin variant kimi, səsvermə 2025-ci il fevralın 23-nə təyin edilə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   Şolz   sorğu  





Xəbər lenti