Dost dostunun evini soydu
Burada bir qədər istirahət edən dostlar daha sonra evi tərk ediblər. Evdə heç kimin olmadığını bilən Firdovsi Məmmədov yenidən həmin mənzilə qayıdaraq oradan oğurluq edib.
Saxlanılan şəxs F.Məmmədov hadisəni içili halda törətdiyini bildirib: "Həmin dostumun evində oldum. Açarı qoyduğu yeri gördüm. Sonra içkili halda gəlib oradan oğurluq etdim".
Əvvəllər dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayan F.Məmmədov oğurladıqlarını satmağa macal tapmayıb. Polis hadisədən bir gün sonra onun yerini müəyyən edərək saxlayıb.
Şəmkir polisi hadisəylə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir. Saxlanılan şəxsin bu kimi cinayətlər törədərək başqa kimlərə ziyan vurduğu araşdırılır.