Yens Stoltenberq: "NATO-nun qapısı Ukrayna üçün açıqdır"

   Yens Stoltenberq:    "NATO-nun qapısı Ukrayna üçün açıqdır"
  19 Sentyabr 2024    Oxunub:370
Baş katib Yens Stoltenberq Ukraynanın NATO-ya qoşulması üçün təşkilatın qapısının daim açıq olduğunu deyib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə NATO-nun Baş katibi vəzifəsindən getməsi ilə bağlı vida çıxışında bildirib.

“Putin düşünür ki, o, müharibədə qalib gələcək. Lakin biz Ukraynaya daha çox silah verməklə Putinin istədiyini əldə etməsinin qarısını almalıyıq”, - Stoltenberq qeyd edib.

O əlavə edib ki, “Prezident Zelenskinin dediyi kimi, Rusiya gələcək sülh danışıqlarının bir hissəsi olmalıdır”.

AzVision.az



Teqlər:





Xəbər lenti