Maskdan proqnoz: "Harris qalib gəlsə, ABŞ-də tiranlıq olacaq"

      Maskdan proqnoz:    "Harris qalib gəlsə, ABŞ-də tiranlıq olacaq"
  18 Sentyabr 2024    Oxunub:1033
ABŞ-nin Respublikaçılar partiyasından prezidentliyə namizədi Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlməsə, Birləşmiş Ştatlar tiranlığa sürüklənmək riski ilə üzləşəcək.
Bu fikri məşhur amerikalı biznesmen İlon Mask "X" platformasındakı hesabında yazıb.

Respublikaçılar Harris üçün 35 milyon dollar ianə toplayıblar
Xatırladaq ki, sentyabrın 15-də Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd olan Cey-Di Vens Donald Trampın prezident seçkilərində qalib gəlmək şanslarından danışarkən maraqlı fikir səsləndirmişdi. O, Şimali Karolina əhalisinin dəstəyi olmadan siyasətçinin hakimiyyətə qayıtmasının çətin olacağını demişdi.

Sentyabrın 11-də ABŞ-də Donald Trampla Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harris arasında ilk debat baş tutub. Debat zamanı respublikaçıların namizədi seçicilərə Rusiya ilə Ukrayna arasındakı münaqişəyə bu ölkələrin liderləri arasında birbaşa danışıqların təşkili yolu ilə son qoymağa söz verib. Eyni zamanda Harris Trampa deyib ki, Putin onu “naharda rahat şəkildə yeyə bilər”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Mask  





Xəbər lenti