Erməni dərsliyində hərbi biliklərlə bağlı biabırçılıq

Erməni dərsliyində hərbi biliklərlə bağlı biabırçılıq
  18 Sentyabr 2024    Oxunub:924
Ermənistanda dərsliklərlə bağlı növbəti dəfə qalmaqal yaşanıb.
Politoloq Qaqik Ambaryanın yaydığı məlumata görə, bu dəfə şagirdlərə yanlış hərbi biliklər tədris olunub.

“Daha bir dərslik qalmaqalı. Məktəb dərsliyində çiyində daşınan rütbə nişanı səhv təqdim olunub... Sən demə mayordan tutmuş polkovnikə qədər hamı çiynində eyni rütbə daşıyırmış. Ölkədə ümumi savadsızlığın həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, son illər Ermənistanda dərsliklərlə bağlı bir sıra qalmaqal yaşanıb. Baş nazir Nikol Paşinyan Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. Maraqlıdır ki, 7-ci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti