"Rosatom" Metsamor AES-də yoxlanış aparır

   "Rosatom" Metsamor AES-də yoxlanış aparır
  17 Sentyabr 2024    Oxunub:1118
Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyası ("Rosatom") Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasını radioaktiv tullantılar səbəbi ilə nəzarətə götürüb.
Məlumata görə, yoxlanışlar korporasiyanın elektrik enerjisi bölməsi ("Rosatom Service") və Uran-Qrafit Nüvə Reaktorlarının İstismardan Çıxarılması üzrə Təcrübə Mərkəzi tərəfindən aparılır.

Bildirilir ki, yoxlanılışın məqsədi Metsamor AES-in istismar müddətinin 2036-cı ilədək uzadılması çərçivəsində stansiyanın radioaktiv tullantılarının təhlükəsiz şəraitdə saxlanması imkanlarını qiymətləndirməkdir.

(Metsamor AES)

Tədqiqat zamanı stansiya ərazisində 1980-ci ildən bəri yığılmış bərk radioaktiv tullantılar aşkarlanıb. "Rosatom Service"in baş direktoru Yevgeni Salkov diqqətə çatdırıb ki, AES-in fəaliyyətinin mümkünlüyü ilə bağlı Təcrübə Mərkəzi müvafiq rəy verəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   AES  





Xəbər lenti