Edamdan son anda qurtuldu
İranda bir gəncin ölümünə səbəb olan şəxs məhkəmə tərəfindən edama məhkum edilib. Edam kürsüsünə gətirilən məhkum, məmurlar tərəfindən edam kürsüsünə çıxarılıb. Bir müddət sonra məmurlardan biri məhkumun altındakı edam stulunu aşırıb və məhkum boğazından ipə asılmış şəkildə can verməyə başlayıb.
Məhkumun ipdə can verdiyini görən əhali qışqırıqlarla onun ailəsi tərəfindən əfv edildiyini bildiriblər. Məmurların isə dəfələrlə "Bağışlayırsınızmı?" sualına son anda "Bağışladım" cavabını verən məhkumun ailəsi, məhkumu edam edilməkdən son anda qurtarıb.
Qeyd edək ki, saniyələr ərzində boynundan iplə asılı qalan məhkumlar əfv edilməsindən sonra dəfələrlə yaxınları tərəfindən qurtulur.
Bu edamda da xilas edilən məhkumun göz yaşlarına boğulduğu görülür.
Teqlər: