Azərbaycanda ilk dəfə elm festivalı

Azərbaycanda ilk dəfə elm festivalı
  14 İyul 2014    Oxunub:1126
Azərbaycanda ilk dəfə təşkil olunan elm festivalının formatı və proqramı müəyyənləşdirilib, keçiriləcəyi tarix dəqiqləşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan “Bakı elm festivalı-2014” noyabrın 10-11-də keçiriləcək.

Akademiyadan bildirilib ki, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulub.

Tədbirdə, həmçinin yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Tədbir AMEA-nın təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.


Teqlər:





Xəbər lenti