Meyvə-tərəvəz ucuzlaşıb
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı qiymətləri 0,6 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşıb, arpanın istehsalçı qiymətləri 4,3 faiz, payızlıq arpa toxumunun 1,0 faiz, yaşıl lobyanın 0,4 faiz, göyərtilərin 3,6 faiz, xiyarın 19,0 faiz, badımcanın 60,2 faiz, pomidorun 5,0 faiz, baş sarımsağın 1,2 faiz, baş soğanın və kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri 5,0 faiz, alçanın 3,1 faiz, fındığın istehsalçı qiymətləri 3,9 faiz ucuzlaşıb, limonun istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4 faiz, diri ev quşlarının 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,0 faiz, mal ətinin (diri çəkidə) 0,2 faiz, südün 1,4 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2 faiz, yumurtanın 3,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.