Azərbaycanlı girov azad edildi - DİN
E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.
Qeyd edək ki, bu gün APA Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılıb.
Teqlər: