Vergilər Nazirliyindən 3,6 milyard açıqlaması

Vergilər Nazirliyindən 3,6 milyard açıqlaması
  09 İyul 2014    Oxunub:954
Bu ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 mlrd. 593 mln. 835 min manat təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məbləğin 32,9%-i mənfəət vergisinin, 28,3%-i əlavə dəyər vergisinin, 12,8%-i fiziki şəxslərin gəlir vergisinin, 10,4%-i aksizlərin, 15,6%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 51 mln. 396,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

I yarım il ərzində respublika üzrə 42 681 vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 935 minə çatıb.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9% təşkil edib.


Teqlər:  





Xəbər lenti