20 yaşlı gənc əmisini bıçaqlayıb

20 yaşlı gənc əmisini bıçaqlayıb
  06 İyul 2014    Oxunub:1110
Tərtərdə bir nəfər öz əmisini bıçaqlayıb.
Hadisə rayonun Ələsgərli kəndində baş verib.

Əmiylə qardaşoğlunun mübahisəsi ikincinin bıçağa əl atmasına səbəb olub. 20 yaşlı Oqtay Xanlarzadə əmisi 43 yaşlı əmisi Fizuli Qurbanova üç bıçaq zərbəsi endirib.

Döş qəfəsindən və qarın nahiyəsindən yaralanan Fizuli Qurbanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Yaralıya tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda Fizuli Qurbanovun vəziyyəti yaxşıdır.

Tərtər rayon polis şöbəsindən də hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini təsdiqlədilər.

Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılırans


Teqlər:





Xəbər lenti