370 kq mal məhv edildi

370 kq mal məhv edildi
  06 İyul 2014    Oxunub:1057
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında növbəti monitorinqlər aparılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Bakının Nəsimi, Xəzər, Xətai, Binəqədi, Nizami rayonlarında, Sumqayıt, Mingəçevir, Saatlı, Qusar, Xaçmaz, Gədəbəy, Şamaxı, Zaqatala, Füzuli, Tərtər şəhərlərində mağazalarda aparılmış yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 370 kiloqramdan artıq mal aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti