Prezident: Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

      Prezident:    Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
  08 İyun 2024    Oxunub:652
Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki, bizi qane etmir.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.

“Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə əminəm ki, yaxşı nəticələr əldə etmək mümkün olacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti