Prezident icra başçısını çıxardı

Prezident icra başçısını çıxardı
  15 Fevral 2013    Oxunub:2111
Prezident İlham Əliyev iki gün əvvəl keçirdiyi müşavirədə “bəzi məmurların övladlarının qudurğanlıq etdiyini” demiş və onların atalarını işdən çıxacağını bəyan etmişdi.
Doğrudan da, İsmayıllının icra başçısı, bir müddət əvvəl oğlunun hərəkətlərindən dolayı rayonda gərginlik yaşanan Nizami Ələkbərov bu gün dövlət başçısının sərəncamı ilə istefaya göndərildi.
Prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra başçısı təyin edilib. O, buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru idi.
Onu da xatırladaq ki, Nizami Ələkbərov nazir Füzuli Ələkbərovun qardaşıdır.


Teqlər:  





Xəbər lenti