Türkiyə Ermənistanla sərhədin açılması ilə bağlı bəyanat yaydı

Türkiyə Ermənistanla sərhədin açılması ilə bağlı bəyanat yaydı
  05 İyul 2014    Oxunub:1625
`Ermənistanla sərhədlər açılmayacaq`.
"Türkiyə və Ermənistan arasında Əlican sərhəd-keçid məntəqəsinin açılacağlı ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir", -deyə Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə və Ermənistan arasında sərhəd Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdikdən sonra bağlanıb.

"Sözügedən sərhədin açılması ancaq Cənubi Qafqazda hərtərəfli və davamlı sülhün bərqərar olmasını təmin edən səy lər müşahidə olunarsa, yenidən müzakirə edilə bilər. Bunun üçün Ermənistan iradə nümayiş etdirərək bütün qonşuları ilə problemlərini həll etməyə səy göstərməlidir.

Səbinə


Teqlər:





Xəbər lenti